Meyxanaçı Ələkbər Yasamallı hazırda Almaniyadadır.
“Sitat.info” xəbər verir ki, bu barədə prodüser Ataş Hüseyn “Təsir dairəsi” verilişinə bildirib.
“Ələkbər 6 aydır Bakıda yoxdur. O, Almaniyadadır. Orada yaşamaq üçün icazə almaq istəyir”, - o deyib.
Qeyd edək ki, Ələkbər Yasamallı meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyevin yaxın qohumudur.