Tural Abbaslı Rəşad Dağlı ilə bağlı danışdı: "Müəyyən yüngülləşdirici məqamlar nəzərə alına bilər"

14:38 10 Noyabr 2022

"Rəşad Dağlının törətdiyi cinayət və ona reaksiyalar dünəndən xeyli müzakirə olunur. Mən nəzər yetirdim, daha çox dəstək xarakterli reaksiyaladır. Burada həm Rəşad Dağlının fəaliyyəti, onun sənətinə, şəxsiyyətinə olan sevgi, həmçinin qətlə yetirilən tərəfin həyat tərzi və   nakoticarətlə məşğul olması da rol oynayır. İctimai rəğbət daha çox Rəşad Dağlının tərəfindədir. Amma  dövlət emosiyalarla deyil, qanunlarla idarə olunur. Yəqin ki, ortada qətl varsa, cəza da olacaq". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

Onun sözlərinə görə, müəyyən yüngülləşdirici məqamlar nəzərə alına bilər: "Rəşad Dağlının cəmiyyətdə nüfuzu var, azyaşlı uşaqları var, həm də özü gedib təslim olub. Bu istintaqın biləcəyi işdir, bizdə dəqiq məlumatlar yoxdur. Bəlkə də özünümüdafiə üçün edib, bəlkə də özünümüdafiə həddini aşaraq qətl törətmə maddəsi ilə tövsif ediləcək. Bunu dəqiq deyə bilmərik. Allah qapısını açsın. Hər bir halda insan səbrli davranmalıdır, provakasiyalara getmək olmaz".

Partiya sədri hesab edir ki, bir daha bu hadisədə xalqımızın narkotacirlərə reaksiyasını gördük: " Güman edirəm ki, aidiyyatı qurumlar da bu narkotik alveri ilə məşğul olanlara qarşı mübarizəni daha da sərtləşdirərlər". 

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti