Fazil Mustafadan Rəşad Dağlıya dəstək - "Bu adi qətl hadisəsi deyil"

19:53 10 Noyabr 2022

"Əlbəttə ki, bu motivdə cinayət baş veribsə, mütləq həm istintaq orqanları həm də məhkəmə bunu nəzərə alacaq. Bu hadisədə narkomaniyaya qarşı çağırışlara qarşı tərəfin reaksiya olaraq müəyyən bir addım atması faktoru var, bunun cavabı verilməlidir. Bu təhlükədir, və tendensiyanın genişlənmə ehtimalı da çoxdur.

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, bu məsələ mütləq nəzərə alınmalıdır və alınacaqdır.

"Bu sahədə ixtisaslaşmış müstəntiq, hakim bu motivi gözardı edə bilməz. Ona görə də bu məsələdə ədalət məhkəməsinin yanaşmasına güvənmək lazımdır. 

Bu adi qətl hadisəsi deyil, narkotik vasitələrin yayılmasında iştirak edən və ona görə məhkum olmuş şəxsin meyxanaçının sözlərini özünə təhqir qəbul edərək belə bir addım atması ilə bağlı hadisədir."

Seymur,

SİTAT.İNFO



Xəbər xətti