Dünyaca məşhur Hollivud ulduzu Ancelina Coli də Ukraynaya dəstək verən məşhurların sırasına daxil olub.
Sitat.info bildirir ki, aktrisa "İnstagram" sosial şəbəkəsində məcburi qaçqın və köçkün olan ukraynalılara humanitar yardım etməyə hazır olduğunu deyib:
"Bir çoxunuz kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. Mən və həmkarlarım regionda məcburi köçkünlərin və qaçqınların müdafiəsi və ən əsası, onların hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə cəmlənmişik. Artıq itkilər olduğunu və təhlükəli vəziyyətə görə insanların evlərini tərk etməyə başladığını bilirik. Bundan sonra nə baş verəcəyini bilmək hələ tezdir. İndiki ana gəldikdə isə, Ukrayna xalqı və beynəlxalq hüquqlar naminə bu gərginliyi davam etdirmək olmaz".