Paşinyandan Dağlıq Qarabağ probleminə təklif: "Demilitarizasiya zonası yaradılmalıdır"

00:12 11 Noyabr 2022

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ bölgəsi ətrafında hərbisizləşdirilmiş zona yaradılmasını təklif edib.

Sitat.info-nun məlumatına görə, Paşinyan hökumətin iclasındakı çıxışında "Dağlıq Qarabağ ətrafında hərbsizləşdirilmiş zonanın yaradılması təşəbbüsünü masaya qoyuram. Biz həmçinin Ermənistan-Azərbaycan sərhədində üç kilometrlik hərbisizləşdirilmiş zonanın yaradılmasını təklif edirik" deyib.

Ermənistanın baş naziri Qarabağda “sülh qüvvələri”ni yerləşdirən Rusiya prezidenti Vladimir Putinin noyabrın 22-də İrəvana səfər edəcəyini də açıqlayıb.

Paşinyanın təklifi Ermənistanla Azərbaycan sərhədində son həftələrdə münaqişələrin artdığı və 2020-ci ildəki kimi müharibə ehtimalının gündəmdə olduğu bir vaxtda edilib.



Xəbər xətti