Qətlə yetirilən şəxsin qardaşı: "Rəşaddan şikayətçi deyilik"

10:12 11 Noyabr 2022

"Qardaşım dostu ilə oturmuşdu, mən isə yatırdım. Qapının səsinə ayıldım. Gəldim ki, oğlan tək oturub. Dedi ki, Rəşad gəldi, isgəndər oturdu getdi. Zəng vurdum, cavab vermədi. Rəşadı uşaqlıqdan tanıyıram, düşündüm ki, qayıdıb gələcək".

Sitat.info xəbər verir ki, bu sözləri meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyevin qardaşı İntikam Mehtiyev "Astar"a açıqlamasında deyib. 

"Qardaşım narkotik qəbul edir. Satmır, satana 9 ay həbs verirlər? iki dəfə həbs edilib, birinci 3 ilə yaxın olub. Əlində sənəti yox idi, fəhləlik edirdi. Bir də pensiya alır" deyə, o, bildirib. 

İ.Mehtiyev Rəşad Dağlıdan şikayətçi olmadıqlarını deyib:

"Şikayətçi deyilik".

R.Dağlının atası bildirib ki, yasın bütün xərclərini onlar çəkir.

/Axşam.az



Xəbər xətti