"Güneyli-Quzeyli bu proses başlayıb. Proses elə bölündüyümüz zaman başlamışdı. Bayatılarımızda, mahnılarımızda bu bütövlüyü yaşatdıq.
Bir zamanlar sazı gizli gəzdirirdim. Qorxa-qorxa gəzirdik. Arzularımız, duyğularmız yasaq idi. Ancaq çəkinmədən,qorxmadan sözümüzü dedik.
Mənim sazım silahımdır, sözləri isə güllələrimdir".
Bu sözləri Sitat.info-ya açıqlamasında türk dünyasının sevilən siması Araz Elsəs deyib.
Araz Elsəs İranda Azərbaycan milli hərəkatının gücləndiyini bildirib:
"İrandakı hakimiyyət çökəcək.Özləri də bunu yaxşı bilirlər. Artıq indidən vəzifəli adamlar qaçmağa yer axarırlar. İran hakimiyyəti öz nüfuzunu itirib. Xalq zülmə dözmür artıq.
Bu gün İranda Azərbaycan milli hərəkatı çox güclənib. Səttarxan dönəmindən bu yana bu qədər gülcü olmamışdı. Bu gücü, potensialı doğru yolda sərf etmək lazımdır.
Bizimkilər İranda baş verən ədalətsizlik, qadın haqlarının və insan haqlarının pozulmasına qarşı etirazlar edirlər.
Ancaqm milli hərakatın bütün gücü ilə ayağını yerə vuracaq günlər yaxındadır, az qalıb. Lazım gələrsə, meydanlarda sözümüzü deyəcəyik. Birlik və bərabərlik içində bunu edəcəyik".
Məğrur,
Sitat.info