Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, dünya Putinin növbəti addımını gözləyir. Ötən günlərdə yoxa çıxan və “Putinin son ümidi” , “qiyamət silahı” adlandırılan “Belqorod” nüvə sualtı qayığının taleyi bəlli olub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibənin doqquzuncu ayında şiddətli toqquşmalar davam edir. Ukraynanın hücumu səngimədən davam etsə də, dünya Putinin yeni addımını gözləyir. Ukraynanın taktiki nüvə silahlarından istifadə edə biləcəyi iddiaları hər gün səslənsə də, iddiaların mərkəzində Rusiyanın ən müasir nüvə sualtı gəmisi Belqorod dayanır.
İtaliya mətbuatına sızan NATO xəbərdarlıq notasına görə, Belqorod Arktika dairəsindəki bazasından yoxa çıxıb. "Poseydon" sualtı qayığı nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə yollanırmı. Hərbi ekspertlər Putinin müharibənin gedişatını dəyişdirmək üçün son çarəyə əl atdığını yazsa da, “qiyamət silahı” adlandırılan “Belqorod” nüvə sualtı qayığının taleyi bəlli olub. ABŞ Belqorodun taleyini açıqlayıb. Britaniyanın "Daily Mail" qəzeti sualtı qayığın öz missiyasını yerinə yetirə bilmədiyini yazıb.
Nərgiz,
SİTAT.İNFO