Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etməyib. Sadəcə Ukrayna dövlətinin başçısı Moskvanın Kiyevin şərtləri ilə sülh bağlamaq istəyini görmür.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti bunu CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, oktyabrda Putinlə diplomatiyaya keçməkdən imtina ilə bağlı imzaladığı fərman Rusiya ritorikasının dəyişməsini istisna etmir.
"Mən qapını çırpmadım. Dedim ki, biz bu Rusiya ilə deyil, başqa bir Rusiya ilə danışmağa hazırıq. Həqiqətən sülhə hazır olan , işğalçı olduğunu etiraf etməyə hazır olan bir bir Rusiya ilə", - Zelenski bildirib.
Nərgiz,
SİTAT.İNFO