"Rusiya diktatoru Vladimir Putinin sözçüsü Dmitri Peskov rus qoşunlarının Xersondan qaçmasının onun reputasiyasını necə alçaldılacağına dair şərh verməkdən imtina edib. Bununla belə, o, bunun “Rusiya Federasiyası liderinin nüfuzuna böyük zərbə olacağını inkar etməyib.
Sitat.info xəbər verir ki, xarici jurnalistlərdən biri Peskova birbaşa sual verib: “Cəmi bir neçə həftə əvvəl Xersondan geri çəkilməyin Vladimir Putinin nüfuzuna böyük zərbə olduğunu, hətta onu alçaldacağını söyləyən ekspertlərin açıqlamalarına münasibət bildirə bilərsinizmi? Prezident Kremldə böyük bir mərasimdə Xerson və Rusiyanın əbədi bir yerdə olacağını söylədi".
Peskov bu sualı açıq şəkildə gözləmirdi, amma yenə də birbaşa cavabdan yayındı: "Qulaq asın, çoxlu müxtəlif ekspertlər var. Sizin dediyiniz kimi deyən ekspertlər də var, əksini söyləyənlər də. Heç birinə şərh vermək istəməzdik. Xüsusi hərbi əməliyyat davam edir”, - deyə o bildirib.
Peskov onu da əlavə edib ki, Kreml Xersonun Rusiya Federasiyasına “ilhaq edilməsi” şərəfinə təşkil edilən təmtəraqlı mərasimdən təəssüflənmir.
Nərgiz,
SİTAT.İNFO