Ukraynanın ən ağır günü! Kiyevə ağır artilleriya hücumu gözlənilir

11:20 25 Fevral 2022

Ukrayna lideri Vladimir Zelenski Şərqi Avropadakı NATO-ya üzv dövlətlərdən müdafiə yardımı istədiklərini açıqlayıb. Zelenski deyib ki, biz Rusiyanı danışıqlar masasına oturtmalıyıq. 

 Ukrayna müdafiə nazirinin müavini deyib ki, Rusiya qüvvələri bu Kiyevdən kənara da girə bilər. Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Rusiya tanklarının bu gün paytaxt Kiyevə hücumunu gözlədiklərini bildirib.

Paytaxt Kiyevdə  hakimiyyət sakinlərdən bunkerlərə girməyi xahiş edib. 

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Heraşşenko deyib ki, bu gün ən çətin gün ola bilər.

Cümə günü səhər xalq qarşısında çıxış edən Ukrayna lideri Vladimir Zelenski həm Ukrayna, həm də rus dillərində Rusiyanı atəşkəsə çağırıb.

"Rusiya nəhayət bizimlə münaqişələri və bu işğalı necə dayandıracağı barədə danışmalı olacaq", - deyən Zelenski əlavə edib: "Bu səhər də biz öz ölkəmizi tək müdafiə edirik. Dünən olduğu kimi, dünyanın ən güclü ölkələri bunu uzaqdan izləyir."



Xəbər xətti