Azərbaycanda yol qəzasında 2 hərbçi xəsarət alıb - RƏSMİ 

19:20 11 Noyabr 2022

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bu barədə SİTAT.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.



Xəbər xətti