Dövlət Agentliyi: "Əlillik dolanışıq və qazanc mənbəyi deyil”

11:39 25 Fevral 2022

“Ötən il qiymətləndirmə nəticəsində 61 935 şəxsə əlillik təyin edilib. Onlardan 18 493 nəfərə ilkin əlillik , 43 443 nəfərə isə təkrar əlillik təyin olunub”.

Report  xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, bəzən insanlar elə düşünür ki, xəstələnəndə və ya travma alıbsa mütləq şəkildə əlillik dərəcəsi almalıdır: “Qeyd edim ki, əlillik xəstəliyə görə deyil, funksional pozuntuların ağırlaşma faizinə görə verilir. Əlillik dolanışıq və qazanc mənbəyi deyil”.



Xəbər xətti