Ukrayna prezidenti Vladimir Zelenski rus əsgərləri və muzdlu döyüşçülərə müraciət edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə axşam videomüraciətində bildirib.
"Xersonda və digər şəhərlərdə tərk edilmiş rus əsgərləri, muzdluları, yeganə xilas şansınız Ukraynaya təslim olmaqdır. Biz zəmanət veririk ki, sizinlə yaxşı rəftar olunacaq".
Zelenski mülki geyimə keçib gizlənən rus əsgərlərinə də müraciət edib:
"Demək istəyirəm ki,gizlənə bilməyəcəksiniz. Onsuz da sizi tapacağıq. Könüllü olaraq Ukrayna əsirliyinə girmək bütün işğalçılar üçün yeganə seçimdir".
Məğrur,
Sitat.info