"İdeologiyamızın qalib gəlməsinə sevinirik" - Aynur Qəzənfərqızı 

10:26 13 Noyabr 2022

11 noyabr 2022-ci il tarixində Türk Dövlətləri Təşkilatının Səmərqənddə 9-cu zirvə toplantısı keçirildi. Toplantı təşkilat indiki adını aldıqdan sonra ilk dəfə, həm də Səmərqənddə keçirildiyi üçün bütün diqqətləri üzərinə toplamışdı. Toplantının Səmərqənddə olması ona görə önəmli idi ki, son zamanlar ard-arda keçirilən tədbirlər şəhəri Asiyanın Zürixinə çevirib. Bu da bizi sevindirir. Çünki Türk qoxan, türkün tarixi qoxan bir şəhərdə çox vacib Şanxay və TDT kimi zirvələrin keçirilməsi siyasi arenada Türkün və Türklüyün önəmini bir az da olsa ortaya qoymuş olur. 
Toplantıda ilk dəfə Türklərin kültürəl, milli və dil birliyinin xaricində gerçək real problemlərdən və perspektivlərdən danışıldı. Bu bizi çox sevindirir. Heç kimə sirr deyil ki, 20-ci əsr Türklər üçün əsarət və azadlıq əsri oldu. Türklərin oyanışı mən deyərdim Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərlə başladı. Bu savaşın arxa fonunda Azərbaycan Türkiyə birliyi, Türkiyənin siyasi meydanlarda Azərbaycanın arxasında dimdik duruşu və Azərbaycanın zəfər çalması dünya Türklərinə də birlikdən gücün necə doğa biləcəyini göstərdi.

Nəticə etibarilə isə artıq TDT-nin zirvə toplantısı keçirildi, orada real problemdən və perspektivdən danışıldı, hətta Kıbrıs müşahidəçi qismində dəvət edildi. 
Bəlkə də bir çox vətəndaşımız bilmir,  ancaq Şimali Kipr (Bundan sonra Quzey Kıbrıs Cumhuriyəti) çox qanlı yollardan keçib öz adını almışdır. Tarixin səhifələrinə Qanlı Noel adı ilə düşmüş 1963-cü il dekabrın 20-dən 31-ə qədərki tarixdə adadakı Türklərin qətliamı ilə başlamış proses doğulacaq dövlətin xəbərçisi idi. Bu günki Quzey Kıbrıs Turkiyənin ən zəif, ən gücsüz zamanında belə apardiğı müdhiş siyasətin nəticəsidir.

Daxili və xarici siyasəti qan ağlayan Turkiyə gözlərini onlara dikmiş kıbrıslılardan vaz keçmədi. On illər sürən qanlı və siyasi mübarizədən sonra Türkiyə zoraki şəkildə Kibrısı qurmağa nail oldu. Biz burda zoraki sözünü islətdik, çünki dünya Kiprin yunanlarda qalmasını istəyirdi, bunun üçün də diplomatik bütün yollardan öz bildiklərini edirdi. Sürecin sonunda Türkiyə bir qarış belə torpağın nə qədər önəmli olduğunu dünyaya car çəkdi. Kıbrıs qurulduqdan sonra Turkiyə xaricində ölkələr onun varlığını qəbul etmədi.

11 noyabr tarixində Səmərqənddə TDT-nin IX Zirvə görüşündə Kıbrısın dəvət edilməsi, ümumiyyətlə, son zamanlar Kıbrısın tanınması məsələsinin ortaya atılması siyasi meydanlarda gedişatın Quzey Kıbrısın lehinə dəyişdiyini göstərir. Amerika Güney Kıbrısa yaxınlaşdıqca Rusiyanın Quzey Kıbrısı tanımaq üçün motivi yaranır məsələn. 


Şübhəsiz ki, Türkiyə siyasət meydanında gücləndikcə Türk birliyi də güclənir. Bunu ən bariz şəkildə Səmərqənd zirvəsində gördük. Turan ideologiyası hər nə qədər Türkləri əhatələsə də, bölgədə yaşayan hər kəsin bu birlikdə olacağından şübhəm yoxdur. Cümhuriyyətimiz müstəqilliyini bərpa etdikdən sonra milli düşüncəli, uzaqgörən ziyalıların təkidlə vurğuladığı bir gerçək var idi ki, Turan birliyi qurulmalıdır. Bu gün Turan deyə bağıranlar, səslərini eşitdirməyə çalışanlar zamanında Turan deyən ziyalıları lağ hədəfinə qoyanlar olsa da, biz ideologiyamızın qalib gəlməsinə sevinirik.
 
Aynur Qəzənfərqızı
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini



Xəbər xətti