İstanbulun İstiqlal küçəsində baş vermiş partlayışı törədən şəxsin kimliyi hələ müəyyən edilməyib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
O, partlayışın baş verməsinə dair iki versiyanın olduğunu bildirib: "Ya o çantanın içində öz-özünə partlayan bir qurğu var idi, ya da kimsə onu uzaqdan partladıb. Hazırda bunların hamısı araşdırılır", - deyə nazir qeyd edib.