ABŞ Türkiyədə baş verən terror aktına belə reaksiya verdi

00:49 14 Noyabr 2022

"ABŞ Türkiyənin İstanbul şəhərində bu gün (dünən - red) baş verən zorakılıq aktını qətiyyətlə pisləyir".

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tviter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.



Xəbər xətti