Təbriz Araşdırmaları Mərkəzi Prezident İlham Əliyevə açıq məktub göndərib.
Sitat.info məktubun mətnini təqdim edir.
"Cәnab Prezident, hәr şeydәn әvvәl icazә verin Özbәkistanın Sәmәrqәnd şәhәrindә keçirilәn Türk Dövlәtlәri Tәşkilatının zirvә toplantısındakı tarixi çıxışınızdan dolayı Zati-alinizә Ankarada fәaliyyәt göstәrәn Tәbriz Araşdırmaları Mәrkәzi adına öz dәrin tәşәkkür vә minnәtdarlığımızı bildirәk.
Son günlәrdә müxtәlif platformalarda dәfәlәrlә vurğuladığınız kimi taleyin hökmü ilә Azәrbaycan xalqı bir-birindәn ayrı düşmüş, Vәtәnimiz bir neçә yerә parçalanmışdır. Şükürlәr olsun ki, Azәrbaycanımızın quzey hissәsi 30 ildәn çoxdur ki, müstәqil bir dövlәt kimi dünyada vә bölgәmizdә layiqli bir mövqe qazanmış vә hәr keçәn gün daha güclü vә daha müqtәdir bir dövlәt kimi sürәtlә inkişafını davam etdirmişdir. Yenә çox şükürlәr olsun ki, zati-alinizin Baş Komandanlığında qәhraman ordumuzun şücaәti vә xalqımızın möhkәm iradәsi ilә Vәtәnimizin cәnnәt guşәsi Qarabağ işğaldan azad olunmuş, ana yurduna qaytarılmışdır.
Ancaq tәәssüflәr olsun ki, Vәtәnimizin güney hissәsi bir әsrdir ki, әn ibtiai haqlarından mәhrum buraxılmış, hәr cür tәzyiqә, ayrı-seçkiliyә vә assimilyassiyaya mәruz qalmışdır. Bu günlәrdә Güney Azәrbaycanda cәrәyan edәn azadlıq mübarizәsindә minlәrcә insanımız hәbsә atılmış, onlarca gәncimiz şәhid olmuş vә ya yaralanmışdır. Belә bir şәraitdә zati-alinizin beynәlxalq sәviyyәdә Güney Azәrbaycan mәsәlәsini yüksәk sәslә gündәmә gәtirәrәk, xalqımızın ana dilindә tәhsil problemindәn tutun, tәhlükәsizlik mәsәlәsinә qәdәr önәmli mövzuları dünyanın, elәcә dә Türk dünyasının diqqәtinә çatdırmağınız vә eyni zamanda Azәrbaycan Respublikası sәrhәdlәrinin xaricindә yaşayan Azәrbaycan türklәrinә dәstәk vermәyiniz bizi qürurlandırmış, milli ruhumuzu vә milli iradәmizi şahlandırmışdır.
Bu vәsilә ilә bir daha Güney Azәrbaycana göstәrmiş olduğunuz dәrin әlaqә vә qayğıdan dolayı 50 milyonluq Azәrbaycan xalqının öndәri olaraq Zati-alinizә şükranlarımızı sunur, minnәtdarlığımızı bildirir, sizinlә fәxr etdiyimizi ifadә edirik".
Sitat.info