İşğal altındakı Çernobıl AES-də radiasiya artıb.
Çernobıl Atom-elektrik stansiyası ətrafındakı mühafizə zonasında radiasiyanın artması müşahidə edilib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dövlət nüvə tənzimlənməsi müfəttişliyindən məlumat yayılıb.
“Mühafizə zonasının avtomatlaşdırlımış monitorinq sistemi bizə qamma şüalanmasnın nəzarət olunan dozasının əhəmiyyətli dərəcədə artdığını göstərir”,-deyə xəbərdə bildirilir.
Dövlət qurumu hazırda AES-in rus hərbçilərinin əlində olduğunu göstərərək, radiasiyanın artmasının səbəblərini müəyyən edə bilmədiyini qeyd edib.