İstanbul terrorunda yaralananların son durumu açıqladı: 2 nəfərin...

13:00 14 Noyabr 2022

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Taksimdə İstiqlal küçəsində törədilən terrorda yaralananların vəziyyəti ilə bağlı məlumat verib.

Sitat.info xəbər verir ki, o, yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

 "İstiklal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 55-i müalicəsi tamamlandıqdan sonra evə buraxılıb. 5-i reanimasiyada olan 26 xəstənin müalicəsi davam edir. Təəssüf ki, iki xəstəmizin vəziyyəti ağırdır. Reanimasiyada vəziyyəti ağır olaraq qalır”.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti