Arif Hacılı İranın Azərbaycanda casus şəbəkəsindən danışdı - Daha çox bu bölgədə yayılıb!

13:25 14 Noyabr 2022

“İranın Azərbaycanda agentura şəbəkəsinin olmasında heç bir şübhə yoxdur. Onlar kifayət qədər fəaldırlar və əvvəlki dövrlərdə gizli fəaliyyət göstərirlər. Ancaq nə qədər gizli fəaliyyət göstərsələr də, özlərini göstərirlər. İranın açıq-aşkar Azərbaycana qarşı düşmənçilik mövqeyi tutduğu məqamda belə, daxildə İran siyasətini dəstəkləmələri, anti -Azərbaycan təbliğatı aparmaları İranın təsirinin güclü olduğunu göstərir”.

Sitat.info xəbər verir ki, bu sözləri Müsavat Partiyasının sədri Arif Hacılı “Reaskiya TV”-nin efirində bildirib.

Partiya sədri İranın casus şəbəkəsinin daha çox sərhədyanı bölgələrimizdə yayıldığını bildirib: “Mən bilirəm ki, İran Azərbaycanda olan agentura şəbəkəsi üçün külli miqdarda vəsait xərcləyir. Bu barədə müəyyən materiallar dərc olunub. İranda siyasi proseslərin önündə olan Firuz Dilənçi məlumatlar paylaşmışdı.

İranın Türkiyədə, Azərbaycanda agentura şəbəkəsi üçün verilən vəsaitlərin məbləği və tarixləri göstərilib. Təbii ki, bu vəsaitlər hesabına Azərbaycanın daxilində casus şəbəkəsi yayılıb. Ölkənin müxtəlif istiqamətlərində, xüsusi ilə İranla sərhədyanı ərazilərimizdə daha geniş yayılıb. Bakıda Sumqayıtda , Gəncədə, digər bölgələrdə İranın agentura şəbəkəsinin olduğu şübhəszidir. Bu ölkənin dövlət təhlükəsizlik məsələsdir. Son vaxtlar İran Azərbaycanı açıq şəkildə təhdid edir”.

Məğrur,

Sitat.info



Xəbər xətti