ABŞ-ın keçmiş prezidenti, 1977-1981-ci illərəd ölkəyə rəhbərlik edən Cimmi (Ceyms) Karter Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən bəyanat verib.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Cimmi Karter Rusiyanın Ukraynaya hücum etməklə beynəlxalq hüququ pozduğunu və Avropada təhlükəsizliyi təhdid etdiyini bildirib.
“Mən Ukraynanın suverenliyinə edilən bu qəsdi kəskin şəkildə qınayır və prezident Putini dərhal əməliyyatları dayandırmağa çağırıram”,-deyə Karterin bəyanatında vurğulanıb.
Keçmiş prezident ABŞ və onun müttəfiqlərinin Ukrayna xalqının yanında olub, onun müstəqilliyinə dəstək verməsi gərəkdiyini qeyd edib.