Qapalı toplantıda Təbrizin azadlığı mesajı veriləcək – Şok açıqlama

17:16 14 Noyabr 2022

“Təbriz olmadan Türk Birliyi olmaz. Təbriz olmadan Türkiyə-Azərbaycan ərazisində əlaqə olmaz. Təbriz azad olmalıdır ki, qurudan və sudan Böyük Turan coğrayasına yolumuz olsun. Təbriz olmadan Xəzərin qıyısından Xarəzm diyarına, Güney Türküstana, Mərkəzi Türküstana çıxa bilərikmi? Bu gün türk dünyasının birliyi Təbriz deməkdir. Güney Türküstanın azadlığı Təbrizdən keçir. Kərkükün azalığı, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin azadlığı Təbrizdən keçir”.

Bu sözləri Turan partiyasının sədri Cahandur Bayoğlu “Reaksiya tv”-nin canlı efirində deyib.

Partiya sədri qısa zamanda İranın yaratdığı maneələrin darmadağın olacağını bildirib: “Təbriz Turanın və türk dünyasının taleyidir. Təbriz ümumiləşmiş İran adlanan coğrafiyanın adıdır. Bu coğrafiyanı Böyük Türk millətini parçalayaraq əlindən alıblar ki, türk dünyasını parçalasınlar. Fars faşizmini ona görə hakimiyyətə gətiriblər. Saylarını yalandan artırıblar. Fars faşizminə türkü əzmək üçün silah veriblər. Böyük Türk milləti bu maneləri darmadağın etməyə, Təbrizin azadlığından Turanın qurulmasına özlərinin qərarını verməyə hazırdılar. Sabah bu açıq bəyanatlarla verilməsə də, mən inanıram ki, qapalı toplantıda Təbrizin azadlığı mesajı veriləcək”.

Məğrur,

Sitat.info



Xəbər xətti