“Hazırda Kiyev ətrafında, Hostomel, Vorzel və Buça məntəqələrində ağır döyüşlər gedir”.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat yayıb.
Onun sözlərinə görə, əsas təhlükə Kiyevin şimal-şərqində, Dımer-İvankov istiqamətindədir.
Aleksey Arestoviç Rusiya qoşunlarının hücumları davam etdirdiyini vurğulayıb.
“Lakin bizim desant mexanikləşdirilmiş hissələrimiz möhkəm istehkamlara malikdir. Artıq düşmənin bir neçə helikopteri və azı bir döyüş texnikası kolonu məhv edilib”,-deyə Ukrayna rəsmisi bildirib.