“Rusiya Ukraynanın eyni vaxtda bütün şəhərlərinə hücuma keçəcək. İnsanlardan daha çox strateji nöqtələrini vuracaq. Bu taktika Vyetnam müharibəsinə bənzəyəcək. ABŞ müharibəni bitirmək üçün Vyetnamın mərkəzini vururdu. Məqsəd şimali Vyetnamın paytaxtını yıxmaq idi. Eynisini Rusiya Ukraynaya tətbiq edəcək, Ukraynanın mərkəzi şəhərlərinə hücuma keçəcək. Ümumiyyətlə, Ukrayna Rusiyanın bu hücumlarına nə qədər dayanacaq? Dünya Ukraynaya silah-sursat verə bilərlər. Ancaq hansı ölkənin canlı qüvvəsi onlar üçün vuruşacaq. Təbii ki, heç kim”.
Sitat.info xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti Mete Yarar “Haber Global”ın “Məsələ” verilişində Rusiya-Ukrayna müharibəsini analiz edərkən deyib.
Ekspert Putinin Çinin Tayvana hücumunu gözlədiyini bildirib: “Burada iki böyük dövlətin müharibəsi gedir. ABŞ və Rusiyanı nəzərdə tuturam. Putin Çinin Tayvana həmləsini gözləyir. Keçən həftə İndoneziyada idim. Bütün Asiya ölkələri bir-iki il ərzində Çinin Tayvana hücum gerçəkləşdirəcəyinə əmindirlər. Belə olan zaman ABŞ Tayvana da dəstək olmalıdır. Sizcə, ABŞ eyni vaxtda həm Ukraynaya, həm də Tayvana dəstək ola biləcəkmi? Çətin olacaq. Avropa ölkələrinin isə silah təminatı tükənmək üzrədir, Ukraynaya silah göndərilməsi dayanacaq. Yaxın gələcəkdə bunların şahidi olacağıq”.
Məğrur,
Sitat.info