Hazırda Kiyevdə olan jurnalist İdrak Camalbəyli son məlumatları SİTAT.İNFO ilə bölüşüb.
O artıq Kiyevdə atışma getdiyini və əhalinin təşviş içində olduğunu bildirib: "Hazırda Kiyev küçələrində maşınla gedirəm, atəş səsləri eşidilir. Küçələr boşdur, əhali evlərdən çölə çıxmır. Rusiyanın diversant qrupları buradadır. Atəş açırlar, əhalini təşvişdə saxlayırlar. Maşınlara atırlar. Kiyevin mərkəzinə yaxın Obolonda 1 saat öncə metronu bağlamışdılar. Hazırda da orada atəş səsləri eşidilir. Dünən gecə bir yaşayış binasını vurdular. Digər tərəfdə bir tank maşını əzib üstündən keçdi".