Xəbər verdiyimiz kimi, Azərbaycanda oktyabr ayının 14-dən Media Reyestri fəaliyyətə başlayıb. “Media Haqqında” qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır. Yəni həmin media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir.
Qeyd edək ki, bu gündən etibarən SİTAT.İNFO Xəbər Portalı MMC Media Reyestrinə daxil olub.
Bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən şəhadətnamə təqdim olunub.
Saytın rəhbəri Nərgiz Liftiyeva prosesi peşəkarlıq və diqqətlə idarə edən Medianın İnkişafı Agentliyinə təşəkkürünü bildirib.