Lənkəranda intihar edən həkimin ailəsi açıqlama yaydı: prokurorluq…

13:38 15 Noyabr 2022

Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ailəsi onun ölüm işi ilə bağlı ilk dəfə açıqlama yayıb.Tribuna.Az xəbər verir ki, hazırda istintaqı gedən və işin gedişində bir sıra nüanslar ortaya çıxan, xeyli vaxtdır ki, mediada və sosial şəbəkələrdə müzakirə olunan bu intihar hadisəsi ilə əlaqədar Bağırovlar ailəsi ictimaiyyətə müraciət ünvanlayıb.

Mərhumun atası əvvəlcə onlara mənəvi dəstək olan hər kəsə dərin təşəkkürünmü bildirib: “Böyük bir ailə faciəsi yaşamışıq. Oğlum Müşfiq Bağırov güclü təzyiq və təhdidlərə dözməyərək intihar edib.
Bu təzyiqlərin olmasını intiharından əvvəl özünün yazdığı vəsiyyətnamədə də ətraflı qeyd edib. Bu iş üzrə kifayət qədər faktlar olsa da, məsuliyyətə cəlb olunan yoxdur. Hazırda istintaq getdiyinə görə tam açıqlama vermək istəmirik.

Biz qanunlara, dövlətin ədalətinə inanırıq və ümid edirik ki, Lənkəran şəhər prokuroru Taryel Ələkbərov, istintaq işini aparan baş müstəntiq İlkin Babazadə hadisəni obyektiv araşdırıb qərəzsiz və vicdanli qərar qəbul edəcəklər. Biz bu cinayət işinin əsl mahiyyətinin açılması üçün sona qədər davam edəcəyik və cinayətkarlar mütləq cəzalarını çəkməlidirlər”.

Mərhumun atası qeyd edib ki, Müşfiq ailəli idi, üç azyaşlı övladı əmanət qalıb: “Onun heç vaxt maddi sıxıntısı olmayıb. Siqaret çəkən olmayıb, içki içən biri deyildi. Sadəcə yaşının az olmasına baxmayaraq, Lənkəranda böyük nüfuza malik idi. İndi biz onu intihara vadar edənlərin cavab verməsini hüquq-mühafizə orqanlarından gözləyirik”.

/Ulusal



Xəbər xətti