Deputat İranın düşmənçilik siyasətindən danışdı: “50 minlik qoşunla...

15:54 15 Noyabr 2022

“Son 30 ili götürdükdə, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün qonşularına, o cümlədən İrana qarşı səmimi davranıb. Ermənistan istisna olmaqla, o da təbii ki, işğal faktrou ilə bağlıdır. İranla eyni dinə, mədəniyyətə xidmət edən qonşu və yaxın xalq kimi iqtisadi, siyasi və mədəni əlaqələrdə çox böyük üstünlük verilib. Hesab edirəm ki, zaman zaman İranın kaprizlərinə təmkinli yanaşmıq. Təssüf ki, qarşı trərəfdən bu səmimiyyərti görmədik. Yenə də biz öz sədaqətimizi göstərdik”.

Bu sözləri deputat Əli Nəsib Məhəməliyev sitat.info-ya açıqlamasında bildirib.

Deputat bildirdi ki, 44 günlük müharibədə İranın düşmənçilik siyasəti bir çox maskaları cırdı: “İran 40 ilə yaxındır ki, beynəlxalq təzyiqlər, sanksiyalar altınadır. İrana qarşı üçüncü tərəflər tərəfindən bir çox layihələr oldu, ancaq biz o layihələrdə iştirak etmədik. Ancaq İranın 44 günlük müharibə zamanı ölkəmizə yönəlik düşmənçilik siyasəti bir çox maskaları cırdı. Artıq onlar üstüörtülü etdiklərini şəffaf şəkildə etməyə başladılar. Konkret okaraq 10 noyabr razılaşmasının bütün bəndlərinin icrasına və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdlar. İranın Azəbaycana qarşı etdiklərini saymaqla bitməz. Yüzlərə belə hal sadalamaq olar. Son aylarda 50 minlik qoşunla İslam keşişçiləri korpusunun sərhədlərimizdə təlim keçməsi dözülməz idi. Buna adekvat olaraq xüsusu təyinatlılarımız gözəl cavab verdilər. Qardaş Türkiyənin hərbçiləri ilə birgə İrana başa saldılar ki, tutduğun mövqe yaxşı deyil. İranın bir çox qüvvələri tərəfindən Azərbaycana yönəlik hədələr, Azərbaycanın konstitusyon quruluşununn dəyişdirilməsinə cəhdləri açıq şəkildə bəyan etdilər. Dövlət quruluşunu ləğv etmək və kərimə dövləti qurmaq, təbii ki, bu artıq əndazələri aşdı. Ölkə başçısı bu məsələni gündəliyə çıxardı və İrana cavabını verdi”.

Məğrur,

Sitat.info



Xəbər xətti