Erməni öz hərbçi yoldaşını güllələdi

16:08 15 Noyabr 2022

Ermənistan ordusunun hərbi qulluqçusu hərbçi yoldaşı tərəfindən güllələnib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 15-də hərbi hissələrin birində döyüş mövqeyində 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

/Axar.az



Xəbər xətti