Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib.
Paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb.
Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.
Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib.
Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub.//report
***18:20
Ukraynanın paytaxtı Kiyev yenidən raket atəşinə tutulub.
SİTAT.İNFO xəbər verir ki, məlumatı Kiyev meri Vitali Kliçko təsdiqləyib.
Onun sözlərinə görə, paytaxta 6 raket atılıb. Bunlardan 4-ü zərərsizləşdirilib, 2-si isə yaşayış binasına düşüb.
Sosial şəbəkədə yayılan görüntülərdən məlum olur ki, Kiyev qanadlı raketlərlə vurulub.
Murad