Şəmkir polisi 14 yaşlı qızın nikaha daxil olması ilə bağlı araşdırmalara başlayıb

22:37 15 Noyabr 2022

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.

Bu barədə SİTAT.İNFO-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Belə ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad-soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın, həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.



Xəbər xətti