Azərbaycan Respublikasının baş prokuroru İxtiyar Şirinov vəfat edib.
SİTAT.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu barədə onun qohumları bildiriblər. Mərhumun ölüm səbəbi açıqlanmayıb.
İxtiyar Şirinov son günlərə qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri idi.
İ.Şirinov 1952-ci ildə Beyləqan rayonunda anadan olub. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.
Allah rəhmət eləsin.