"Dünya heç vaxt məhv olmağa bu qədər yaxın olmayıb" - Ekspertdən həyəcanlı açıqlama

23:03 15 Noyabr 2022

"Dünya bir neçə "dəlinin" əlində girova çevrilib, balacaboy "Çarcıq" sağa-sola raket atır, müharibə, şəhərlərin, kəndlərin viran qalması adiləşir, insan ölümü statistikaya çevrilir - faciədir".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli yazıb. 

Onun sözlərinə görə, "Çarcıq" Polşaya da raket atmaqla "stavkanı" daha da artırır: " Ukraynaya məğlub olmağı özünə sığışdırmayan manyak, NATO ilə üzbəüz gəlməyi, bununla da nüvə "dəyənəyinin" işə düşməsi qorxusu ilə nəsə əldə edəcəyini düşünür. Dünya əhalisini 8 mlrd.-ı keçməsini dərd edən, əlində real güc olan digər qlobal manyak qrup da bəşəriyyətin "xilasını" məhz müharibələrdə, pandemiyalarda gördüyü üçün bu təhlükələrin böyüməsi üçün hər şey edir-etməyə hazırdır...".

Səid,

SİTAT.İNFO



Xəbər xətti