Penitensiar xidmət, Bakı istintaq təcridxanası və Daxili İşlər Nazirliyi əməkdaşları birgə uğurlu əməliyyat keçirib.
"Sitat.info" xəbər verir ki, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Vüqar Quliyevin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında torpağa silah basdırdığı aşkar edilib. Lüləsi və qundağı kəsilmiş 6 ədəd patronu ilə birlikdə qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
/Qafqazinfo