İran rəsmiləri məsciddə donuz saxlayanların yanındadır

12:25 16 Noyabr 2022

Özünü dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən fars molla rejiminin dedikləri əməlləri ilə üst-üstə düşmür.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov bildirib.

Deputat əlavə edib ki, İran Azərbaycanda xain qruplar yaratamaqla sabitliyi pozmağa çalışır:

“Bu gün Azərbaycanda saxlanılan xain qruplarla bu sübuta yetirilib. İranın addımları göstərir ki, şiələrin yaşadığı ölkələrdə təsirini artırmağa çalışır. Ermənistan son 30 ildə işğal edilən ərazilərimizi dağıdıb, məhv edib. İranın bu dağıdılma və talanetmə prosesində iştirakı məlumdur”.

Deputat qeyd edib ki, İran rejimi Qarabağda məscidlərimizin dağıdılmasına, bu məscidlərdə donuz saxlanılmasına göz yumub:

“İran öz din və məzhəb qardaşının yanında deyil, düşmənin yanında yer alıb. İran rəsmiləri əli Azərbaycan müsəlmanlarının qanına batmış erməni liderləri ilə görüşüb-öpüşməkdən belə çəkinməyib. Bütün bunlar göstərir ki, İranın dindən və islamdan danışmağa haqqı yoxdur”.

/Axar.az



Xəbər xətti