Polşaya raket hücumu: Zelenski Polşa prezidenti ilə danışdı

12:50 16 Noyabr 2022

"Polşa, Ukrayna, bütün Avropa və dünya terror dövlətindən tam qorunmalıdır" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Polşa prezidenti Anjey Duda ilə danışıb. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, o, Polşa vətəndaşlarının Rusiya raket terroru nəticəsində həlak olması ilə bağlı başsağlığı verib. "Biz də mövcud məlumatları müzakirə etdik və bütün faktları öyrəndik", - Ukrayna prezidenti bildirib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukrayna, Polşa, bütün Avropa və dünya “terrorçu dövlətdən tamamilə qorunmalıdır”. 

Qeyd olunur ki, danışıqlar zamanı NATO-nun Polşa sərhədində baş verən insidentə reaksiya ilə bağlı Alyansın bütün üzvləri ilə məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsinin istifadəsinin əsasları hesablanıb.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti