İrəvanın keçmiş meri Qaqik Beqlaryan barəsində cinayət işi başlanıb, ona 27 fakt üzrə ittiham irəli sürülüb.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş prokurorluğu yayıb.
Departamentin məlumatına görə, Beqlaryan vəzifə səlahiyyətlərindən sui-istifadədə, İrəvanda külli miqdarda əmlakı mənimsəməkdə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur. Beqlaryan həmçinin məktəbəqədər təhsil müəssisələrinin bir sıra binalarını qanunsuz mənimsəməkdə, onların fəaliyyətinin dayandırılmasına və onlarda təhsil alan onlarla uşağın hüquq və qanuni maraqlarının pozulmasına səbəb olmaqda ittiham olunur.
Nərgiz,
SİTAT.İNFO