Aparıcı Elgiz Əkbər həyat yoldaşı Əsmərdən danışıb.
Sitat.info xəbər verir ki, o, aparıcısı olduğu proqramda koronavirus infeksiyasına yoluxduğu ərəfəni xatırlayıb. Elgiz bildirib ki, infeksiyaya yoluxanda anası onun yanına gəlməyib:
"Evdə hamı koronavirusa yoluxduğumu bildi. Anam tez özünü izolyasiya etdi. Amma həyat yoldaşım yox. Onu evdən qova bilmirdim. Maskasız mənə qulluq edirdi. Onunla bacara bilmirdim ki, mənə yaxın gəlmə. Başımın üstündən əl çəkmədi".
Qeyd edək ki, Elgiz və Əsmər cütlüyünün bir qız övladı var.
/Axsam.az