Adnan Oktara 8658 il həbs cəzası verildi

16:24 16 Noyabr 2022

Türkiyədə məhkəmə bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri Adnan Oktarla bağlı yeni hökmünü açıqlayıb.  

Sitat.info “Hürriyet”ə istinadən xəbər verir ki, Adnan Oktara şəxsi cinayətlərinə görə 891, digər cinayətlərə görə isə ümumilikdə 8658 il həbs cəzası verilib.

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfindən müsadirə edilib.



Xəbər xətti