Nizami kino mərkəzində "Sözün repressiyası" sənədli filminin təqdimatı keçirilib.
SİTAT.İNFO xəbər verir ki, təqdimata Azərbaycan Yazıçılar Birliyinin üzvləri, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri qatılıb.
Film 1937-ci illərdə repressiyaya məruz qalmış ədiblərin həyatından bəhs edir. Sifarişçisi Mədəniyyət Nazirliyi filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi şair Səlim Babullaoğludur.
Məğrur Salmanov