Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış barədə ilkin məlumat daxil olub.
FHN-dən SİTAT.İNFO-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.
Əlavə məlumat veriləcək.
***21:37
Xırdalanda partlayış baş verib.
SİTAT.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “AAAF” parkda yerləşən binadakı mənzillərin birində olub.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.
Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.