Rusiya iqtisadiyyatı tənəzzül dövrünə keçdi

23:50 16 Noyabr 2022

Rusiya iqtisadiyyatı bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 4 faiz kiçərək tənəzzülə girdi. Bəzi ölkələr Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edir.
Hazırda Rusiya iqtisadiyyatı tənəzzül içindədir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Statistika İnstitutu (Rosstat) bu ilin üçüncü rübünün ümumi daxili məhsulu məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, bu ilin ikinci rübündə əvvəlki ilin eyni dövrünə görə yüzdə 4,1 kiçən Rusiya iqtisadiyyatı üçüncü rübdə yüzdə 4 kiçilib. Beləliklə, Rusiya iqtisadiyyatı iki rüb ardıcıl olaraq daralıb və tənəzzülə keçib. 

Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının bu il 2,9 faiz, Rusiya Mərkəzi Bankı isə iqtisadiyyatın 3 ilə 3,5 faiz arasında daralacağını təxmin edir.

Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı müharibəyə görə Rusiyaya, xüsusilə enerji və maliyyə sektoruna qarşı geniş sanksiyalar tətbiq edir.

Seymur, 

SİTAT.İNFO



Xəbər xətti