Vaşinqton Cənubi Qafqazda balansı qorumağa çalışır, Fransa isə... - Politoloq açıqladı

23:06 16 Noyabr 2022

"ABŞ dövlət katibi Entoni Blinken İrəvana zənginin sabahısı Bakıya da zəng edir və tərsinə. Blinken dünən Ermənistanın baş naziri Nikol Paşinyanla, bu gün isə Azərbaycan prezidenti ilə telefonla danışıb. Blinken Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq tərəfsizliyini pozmur, çünki balansı ermənilərin xeyrinə pozsa rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə ehtiyac duymayacaq. Bu isə ABŞ-ın regional maraqlarına ziddir".

Mövzu ilə bağlı Sitat.info-ya danışan politoloq Elxan Şahinoğlu onu da əlavə edib ki, Vaşinqton Cənubi Qafqazda Kremllə rəqabət aparmaq istəyirsə, bölgə ölkələrinin tamamı ilə yaxşı əlaqələrə malik olmalıdır: "Paris isə Ermənistanı və Qarabağ separatçılarını seçib. Ona görə də ABŞ-dan fərqli olaraq Fransanın ermənipərəst mövqeyini davam etdirdiyi indiki mərhələdə Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi mümkün olmayacaq". 

Səid,

SİTAT.İNFO

 



Xəbər xətti