Bu hakimin səlahiyyətlərinə xitam verildi

10:37 17 Noyabr 2022

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib.

Sitat.info xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.

O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.

Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.

/Axar.az



Xəbər xətti