UEFA-nın ardınca Beynəlxalq Xizək İdmanı Federasiyası(FIS) da Rusiya ərazisində keçirilməsi nəzərdə tutulan bütün yarışları ləğv edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, FIS 2021-2022-ci il mövsümündə dünya kubokunun qalan mərhələlərinin Rusiyada keçirilməsi planından imtina edib.
Bura 18-20 martda Tümendə keçirilməsi nəzərdə tutulan Xizəksürmə yarışları üzrə Dünya Kubokunun finalı, sky-kross üzrə fevralın 25-27-də Çelyabinskdə, xizək krobatikası üzrə 26-27 fevralda Yaroslavlda, 18-20 martda Nijni Tagildə və 25-27 martda Çaykovskda qadınlar arasında xizəklə trampilindən tullanma üzrə keçirilməsi nəzərdə tutulan Kubok mərhələləri aiddir.
Beynəlxalq qurum yarışların keçiriləcəyi yerlər müəyyən olunanda iştirakçılara məlumat veriləcəyini açıqlayıb.