"Sadəcə olaraq atəşi dayandırmaqla heç nə həll edilə bilməz". Prezident Vladimir Zelenski Rusiya Federasiyası ilə müharibədə sülhün əldə edilməsi məsələsini şərh edərkən bunları deyib.
Sitat.info xəbər verir ki, Bloomberg Yeni İqtisadiyyat Forumunda çıxışı edən Zelenski vurğulayıb ki, min kilometrdən artıq cəbhədə döyüşlər daim davam edir və Rusiya demək olar ki, hər gün Ukraynanın mülki və kritik infrastrukturuna hücumlar həyata keçirir.
"Qlobal nöqteyi-nəzərdən bu nə deməkdir? İnsan kapitalının inkişafına trilyonlarla dollar sərmayə qoymaq əvəzinə, dünya artıq planlaşdırılanlardan əlavə yenidən silahlanmaya nəhəng vəsaitlər xərcləyəcək. Siz görəcəksiniz", - Zelenski bildirib.
Züleyxa,
SİTAT.İNFO