“Yaxın saatlarda NATO-nun mövqeyini görəcəyik” – Hərbi ekspert

16:40 17 Noyabr 2022

“Mən çox istərdim ki, NATO bu məsələyə birdəfəlik son qoysun. Yəqin ki, yaxın saatlarda biz bu məsələ ilə bağlı NATO-nun mövqeyini görəcəyik. Ya NATO  özünü sübut etməlidir,  ya da NATO KTMT ilə, yəni  Stoltenberqlə Stanislav Zas 50 qram vurub deməlidirlər ki, sizin təşkilat sıfırdır, bizim də təşkilat sıfıra yaxındır”.

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib

Ekspert bildirdi ki, dünya hələ də Rusiyanın cinayətlərinə susur:

“9 aydır bizim gözümüzün qabağında insan faciəsi yaşanır. Ukraynanı yerlə bir edib və biz dünyanın necə aciz olduğunu seyr edirik və Antonio Quterreş kimi bivec siyasətçi Lavrovun qarşısında oturub, büzüşmüş vəziyyətdə Lavrovun nağıllarını dinləyir. Ümumiyyətlə onun Lavrovla görüşməsi çox böyük qəbahətdir. Bunu özü də beynəlxalq hüququn nə dərəcədə rəzil vəziyyətdə olduğunu göstərir. 

Təsəvvür edin ki, Ərdoğan da, Bayden də, Makron da sual versinlər ki, birdən-birə 100-dən çox raketin Ukraynaya atılmasıyla Putin hansı məqsədinə nail olmaq istəyirdi?”

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti