ABŞ Baş Qərargah rəisi Rusiya-Ukrayna müharibəsi və mümkün Çin-Tayvan müharibəsi ilə bağlı mətbuata açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna çətin ki, Rusiyanı öz ərazisindən tamamilə çıxarsın.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Baş Qərargah rəisi, general Mark Milley Ukraynanın Rusiya ordusunu işğal etdiyi ərazilərdən tamamilə çıxarması ehtimalını aşağı səviyyədə dəyərləndirib.
"Ukraynanın rusları bütün ölkədən, o cümlədən Krımdan qısa müddətdə qovması ehtimalı hərbi baxımdan çox aşağıdır. Bununla belə, Moskvanın Kiyevin mülki və enerji infrastrukturuna hücumları müharibə cinayətidir".
ABŞ və Çin arasında Tayvanla bağlı gərginliyə toxunan Milley, Çinin Tayvana hücumunun Rusiyanın Ukraynaya hücumu kimi “strateji səhv” olacağını bildirib.
"Məncə, bu, Rusiya prezidenti Vladimir Putinin etdiyi kimi ehtiyatsızlıq olardı, bu, siyasi səhv, geosiyasi və strateji səhv olardı".
Səid,
SİTAT.İNFO