Rəhbəri olduğu təşkilatım və özünün şəxsi cinayətlərinə görə 8 min 658 il həbs cəzası alan Adnan Oktarın “kedicikləri” məhkəmə zamanı verdikləri ifadələrlə gündəm olublar.
Noyabrın 10-da hakim qarşısına çıxan kediciklər davamlı olaraq Oktara sevgilərini dilə gətirib, hətta onlardan biri “Allah Adnan Oktarı Mehdi seçdi” deyə ifadə verib.
Həbsdə olan müttəhim Alev Babuna "İnsanlar bizi də, Adnan bəyi də çox sevirlər. Dua edirlər. Adnan bəyin, dostlarımın və özümün azadlığa buraxılmasını tələb edirəm" deyib.
Başqa bir "kedicik" Aylin Atmaca isə "Bütün qadınlarımız çox iffətlidir. Bizi bəyənmək və ya bəyənməmək lazım deyil" deyərək bəraət tələb edib.
Həbsdə olan müttəhim Merve Büyükbayrak isə mühakimə olunmalarının tək səbəbinin Adnan Oktarı sevmək olduğunu deyib: " Adnan bəyi ölümünə sevirəm. Belə bir sevgi içində minlərlə il həbs bizə ağcaqanad sancması gəlir. Adnan Oktarı sevdiyim üçün cəzalansam, bu şərəfdir. Nə qərar verirsiz verin, öpüb başımın üstünə qoyuram" .
Həbsdə olan müttəhim Meltem Baban da "Tək günahımız Adnan Oktarı sevməkdir. Bizə "dağılın" deyirlər, bu mümkün deyil. Adnan Oktarı sevmək dünyanın ən böyük ləzzətidir. Onu sevməyə davam edəcəyəm. Biz hamımızın bəraət qazanmasını istəyirik” deyə ifadə verib.
Müttəhim Ayşegül Hüma Babuna, "Tələsmirik. Allah Mehdi seçdiyi şəxsin saçına belə zərər verməz. Gözləyib görəcəyik. Parçalanmayacağıq" deyib.
Səid,
SİTAT.İNFO